İQTİSADİYYAT


İsmayıllıda türk şirkətlərinin istehsalı olan gübrə sınaqdan keçirilib

İsmayıllıda Türkiyənin kənd təsərrüfatı sahəsində 25 illik təcrübəsi olan “Yeşil Vadi” və “Siyahaltın” şirkətlərinin istehsalı, ekoloji cəhətdən təmiz gübrənin istifadəsi üçün sınaq təcrübəsi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayon dövlət aqrar inkişaf mərkəzinin mütəxəssisləri, fermerlər və şirkətlərin nümayəndələri iştirak ediblər.