CƏMİYYƏT


Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü iki santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur - 1 dərəcəyədək aşağı düşüb.
Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.