İQTİSADİYYAT


Ağdaşda emal edilən məhsulların “Made in Azerbaijan” brendi ilə xaricə ixracı planlaşdırılır
Biyan Sənaye Parkından REPORTAJ

Ağdaşın Şıxlı kəndindəki Biyan Sənaye Parkında emal edilən məhsulların yerli bazarla bərabər, ilk dəfə dünya bazarına “Made in Azerbaijan” brendi altında ixracı da planlaşdırılır. Məqsəd Azərbaycanı dünya biyan kökü bazarında yüksək mövqeyə çıxarmaq, bu sahədə mövcud iqtisadi potensialı dövlətin real gəlir mənbəyinə çevirməkdir. Məhsulun əsas xarici satış bazarları qismində Avropa, Asiya və Amerika ölkələri nəzərdə tutulur.