Oğuzda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
01.11.2019 [17:14]
Xəbərin mətni
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 1-də Oğuz rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı rayon ərazisində ayrılmış 2 hektar sahədə 312 ədəd qoz ağacı əkilib.