MƏDƏNİYYƏT


Şəffaf ipək üzərində bənzərsiz rəsmlər: Rəssam bu sənətin incəliklərindən danışır

Tünzalə Məmmədzadə uzun illərdir ki, ipək parça üzərində rəsm sənəti ilə məşğuldur. Şəffaf ipək üzərində rəsm çəkməyin incə məqamlarından danışan rəssam deyir ki, bu sənət növü digər rəssamlıq sahələrindən daha çətindir, çünki səhv qəbul etmir. Tünzalə Məmmədzadənin sözlərinə görə, yeni rəsm çəkməyə başlayanda rəssamın əhvalı yaxşı olmalıdır, əlin titrəməsi belə sənət əsərinin pozulmasına səbəb ola bilər.