Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin orbitə yeni peyk göndərib

03.11.2019 [15:59]

Xəbərin mətni

Çin noyabrın 3-də yerli vaxtla səhər 11:22-də (Bakı vaxtı ilə 8:22-də) Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.
AZƏRTAC Çinin Elm, Texnologiya və Milli Müdafiə Sənayesi Baş Administrasiyasına istinadla xəbər verir ki, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.