Ukraynanın Dnepr şəhərində Azərbaycan Mərkəzi açılıb
04.11.2019 [13:40]
Xəbərin mətni
Ukraynanın Dnepr şəhərində yerləşən Gömrük və İqtisad Universitetinin binasında Azərbaycan Mərkəzi açılıb. Açılış mərasimində ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, Dneprdə yaşayan Azərbaycan icmasının üzvləri, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri iştirak ediblər.