İQTİSADİYYAT


Qax-İlisu marşrutu üzrə 35,5 kilometrlik yol yenidən qurulub

Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunda yenidənqurma işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qax-İlisu marşrutu üzrə 35,5 kilometr uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13,2 kilometr olan Qorağan-Qax şəhəri hissəsi, 6,3 kilometr uzunluğa malik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, uzunluğu 7,9 kilometr olan Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhəri-İlisu kənd hissəsi daxildir.