İQTİSADİYYAT


Zaqatala tütün istehsalı məntəqəsi fermerlərdən 2435 ton yaşıl tütün qəbul edib

“Azərtütün ASK” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək istehsalçılardan 2435 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu emal məntəqəsində 356 ton quru tütün istehsal edilib.