Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Banklar Assosiasiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edəcək

06.11.2019 [12:28]

Xəbərin mətni

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlığa dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişi ABA-nın prezidenti Zakir Nuriyev və IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova imzalayıblar. Sazişə əsasən hər iki qurum elektron və maliyyə xidmətləri sahəsində əməkdaşlıq edəcək.
Qeyd edək ki, imzalanma noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumu çərçivəsində baş tutub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI