SİYASƏT


Cenevrədə Azərbaycanla bağlı mühazirə təşkil olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də İsveçrənin ən iri beyin mərkəzi hesab olunan Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində “Azərbaycanın xarici siyasətinin regional meyarları” mövzusunda mühazirə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin İsveçrədəki səfirliyinin təşkil etdiyi mühazirədə Təhlükəsizlik Siyasəti Mərkəzinin professor və tədqiqatçı heyəti, bu qurumun kurslarının dinləyiciləri, eləcə də Cenevrə Universitetinin tələbələri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.