SİYASƏT


“Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələri Azərbaycanda aparılan islahatlar barədə məlumatlandırılıblar

İsveç Beynəlxalq İnkişaf Agentliyi (SİDA) tərəfindən “Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümünə həsr olunan “Şərq Tərəfdaşlığı üçün yeni sövdələşmə” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şərq Tərəfdaşlığı proqramında üzv ölkələrdən – Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Ermənistandan nümayəndələr, habelə İsveç və Polşanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının təmsilçiləri iştirak ediblər.