SİYASƏT


Ağdam rayonunda keçirilən “Bayraq yürüşü”ndə dörd mindən çox insan iştirak edib

Noyabrın 7-də Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.