Prezident İlham Əliyevin sosial şəbəkə profillərində Bayraq Gününə həsr olunmuş videoçarx yerləşdirilib
08.11.2019 [09:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” və YouTube səhifələrində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşılıb. AZƏRTAC xəbər verir ki, videoçarx “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!” cümləsi ilə təqdim olunub.