Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzəndi

10.11.2019 [02:29]

Xəbərin mətni

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə Bakı şəhərindəki bir sıra binalar və abidələr Azərbaycan bayrağı ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Qız Qalası”, eləcə də “Alov Qüllələri”, “Bakı Kristal Zalı”, Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb. Həmçinin gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntü yaranıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI