Azərbaycan Dövlət İnformasiya Agentliyi

Venesiyada əlverişsiz hava şəraitinə görə 2 nəfər ölüb

13.11.2019 [15:44]

Venesiya və ətraf ərazilərdəki leysan yağışlar və daşqın nəticəsində 2 nəfər ölüb. Son günlər yağan leysan yağışları nəticəsində şəhərin tarixi mərkəzi su altında qalıb. Məktəblər bağlanıb, telefon şəbəkəsinin fəaliyyətində fasilələr yaranıb.