Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16.11.2019 [11:07]
Xəbərin mətni
Parisdə UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov UNESKO Baş direktorunun müavini Xing Qu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Xing Qu Azərbaycanın UNESKO-nun vacib tərəfdaşı olduğunu vurğulayıb. Ölkəmizin bu qurumla yüksək səviyyəli əməkdaşlığından danışıb. Bakının ev sahibliyi etdiyi UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasından söz açıb. Sessiyanın yüksək səviyyəli təşkilindən məmnunluğunu ifadə edərək Azərbaycan tərəfinə təşəkkürünü bildirib.