CƏMİYYƏT


İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib

Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə keçirilən iməcilikdə İsmayıllı ərazisindən keçən magistral yolun kənarında, ayrılmış sahədə çinar, akasiya, ağcaqayın ağaclarının tingləri əkilib. Yeni əkilən tinglər suvarılıb, dibləri bərkidilib. Eyni zamanda, əkilən tinglərin mühafizəsi üçün sahənin sərhədlərinə çəpər çəkilib.