CƏMİYYƏT


İstirahət günü hava yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.