DÜNYA


Kiyevdəki “Çernobıl” Milli muzeyi

Kiyevdəki “Çernobıl” Milli Muzeyi 1992-ci il aprelin 25-də - faciənin 6-cı ildönümü ərəfəsində açılıb. Muzey həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin əli ilə yaradılıb. Qəzadan sonra hadisə yerinə birinci olaraq gəlmiş bu insanlar həlak olmuş yoldaşlarının xatirəsini əbədiləşdirməyi qərara alıb və Çernobıl yanğınsöndürənlərinin xatirə muzeyini yaradıblar. Kiyevdəki “Çernobıl” Milli Muzeyinin tarixi belə başlanıb.