Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib

18.11.2019 [20:08]

Xəbərin mətni

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurumun nəzdindəki Qoşulmama Hərəkatına üzv ölkələr qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Qoşulmama Hərəkatına üzv ölkələrin bəyanatı müzakirə edilərək qəbul olunub.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündən danışılıb. Üzv ölkələrin nümayəndələri çıxış edərək, Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI