DÜNYA


Çin ABŞ Senatının Honkonqda baş verən etiraz aksiyalarına dair qəbul etdiyi akta sərt etirazını bildirib

Çin hökuməti ABŞ Senatında Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı aktın qəbul olunmasına sərt etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı xüsusi bəyanatında ABŞ Senatında qondarma “Honkonqda insan hüquqları və demokratiya aktı” adlı sənədin qəbul edilməsinə Çinin böyük narazılığı və sərt etirazı qeyd olunub.