SİYASƏT


Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam

Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın hakim Liberal Demokratik Partiyasının siyasi şöbəsinin müdiri, parlamentin nümayəndələr palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun həmsədri Akira Amari Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasında iştirak etmək üçün bu gündoğar ölkəyə səfərə gəlmiş Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib.