Havada mühərriki alovlanan təyyarə təcili eniş etdi
22.11.2019 [12:30]
Filippin Hava Yollarına aid olduğu bildirilən təyyarə Los-Anceles Beynəlxalq Hava Limanından qalxdıqdan az sonra eniş etmək məcburiyyətində qalıb.
AZƏRTAC “Daily Mail”-ə istinadən bildirir ki, təyyarə mühərriklərindən birində yaranan nasazlıqla əlaqədar geri qayıtmalı olub.
Görüntüləri təyyarədəki sərnişinlər yayıb.