SİYASƏT


Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən təntənəli tədbirdə amerikalı diplomatlara Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr edilmiş medallar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş qala tədbirində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xarici İşlər naziri Elmar Məmmədyarovun adından ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert Sekutaya və Dövlət Katibinin keçmiş köməkçisinin müavini, Bolqarıstanda səfir olmuş Erik Rubinə medalları təqdim edib.