CƏMİYYƏT


Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Noyabrın 22-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Xaçmaz rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyaları zamanı Xaçmaz rayonunda 2 hektar ərazidə 1248 ədəd fındıq kolu əkilib. Salınan meyvə bağları rayonda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.