Çin daha iki “Beidou” naviqasiya peykini orbitə çıxarıb
23.11.2019 [16:04]
Sistemin 50-ci və 51-ci peykləri Siçanq kosmik mərkəzindən “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Buraxılış yerli vaxtla səhər 8:55-də baş tutub. Təxminən 3 saatdan sonra peyklər nəzərdə tutulan orbitə çatıblar.