Prezident Administrasiyasının şöbə müdiri Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib
26.11.2019 [10:30]
Müsahibədə H.Hacıyev Azərbaycanın xarici siyasət prioritetlərindən danışaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bildirib. Bununla bərabər Azərbaycanın xarici siyasət gündəliyində qonşu ölkələrlə və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və çoxtərəfli diplomatiyanın əhəmiyyətini qeyd edən H.Hacıyev ölkəmizin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə məlumat verib. Çoxtərəfli diplomatiyaya toxunan H.Hacıyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrliyini diqqətə çatdırıb.