Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
26.11.2019 [15:00]
Noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, zəlzələnin ardından beş baldan yuxarı bir neçə afterşok qeydə alınıb. Zəlzələ nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb, azı 300 nəfər xəsarət alıb.