Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 16 dərəcə isti olacaq

29.11.2019 [13:12]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi ehtimalı var. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9°, gündüz 12-16° isti, Bakıda gecə 6-8°, gündüz 14-16° isti olacağı ehtimal edilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI