Cenevrədə keçirilən tədbirdə Azərbaycanda milli azlıqların dillərində təhsilin təşkilinə dair dövlət siyasətindən danışılıb
29.11.2019 [16:09]
Noyabrın 28-29-da İsveçrənin Cenevrə şəhərində BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin təşkilatçılığı ilə azlıqların məsələləri üzrə növbəti 12-ci forum keçirilib.
AZƏRTAC xəbər verir ki, 2008-ci ildən başlayaraq hər il keçirilən bu forum 1992-ci il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları üzrə Bəyannamə”nin həyata keçirilməsi məqsədilə təşəbbüs, imkan, çağırış və ən yaxşı təcrübələrin müəyyən edilməsi və təhlili üçün platforma rolunu oynayır və hər il müəyyən məsələlərə həsr olunur. Forumun builki mövzusu “Təhsil, dil və azlıqların insan hüquqları” məsələsinə həsr edilib.