Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nardança və ya nar mürəbbəsi belə hazırlanır - Resept

30.11.2019 [15:07]

Xəbərin mətni

Min bir dərdin dərmanı, meyvələrin şahı olan nardan bir çox məhsullar hazırlanır. Onlardan biri də nar mürəbbəsidir.
AZƏRTAC xəbər verir ki, el arasında nardança adlanan bu məhsulu hazırlamaq üçün narın əsasən “Gülövşə” növündən istifadə edilir. Narşərabı bütün evlərdə hazırlansa da, amma nardançanı hər kəs bişirə bilmir.