İQTİSADİYYAT


Bu gündən Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb. Artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür. Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar (ümumilikdə 8 qatar) hərəkət edir. Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 0,6-1,7 manat, Məhəmmədi stansiyasına qədər 0,7-1,8 manat, Pirşağı stansiyasına qədər isə 0,8-1,9 manat təşkil edib. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir. Konkret məbləğ ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun “ekonom” və yaxud “biznes” tipli olmasından asılıdır.