İQTİSADİYYAT


“Bakutel 2019” sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur

Bakı Ekspo Mərkəzində açılan “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur. 23 ölkədən 240-dək şirkətin iştirak etdiyi builki sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.