Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri mətbuat konfransı keçiriblər
03.12.2019 [15:49]
Xəbərin mətni
Nazirlər görüşdə müzakirə olunan məsələlər barədə məlumat veriblər.
Elmar Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə, xüsusilə də iqtisadi sahədə uğurlu əlaqələrin olduğunu deyib. O bildirib ki, ticarət dövriyyəsinin həcmi 2,5 milyard dolları ötüb. Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya yatırıb.