Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada qaz partlayışı yaşayış binasını çökdürdü

04.12.2019 [07:41]

Rusiyanın Belqorod vilayətində qaz partlayışı nətiəsində 4 mərtəbəli yaşayış binası dağılıb.
AZƏRTAC Vesti-yə istinadən xəbər verir ki, Yakovlevo qəsəbəsindəki hadisədə 6 nəfər xəsarət alıb, bir nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Hadisənin səbəbləri araşdırılır.