DÜNYA


Venesiyada aramsız yağan leysan yağışları şəhəri iflic etdi

Venesiyada aramsız yağan leysan yağışları şəhəri iflic hala salıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Venesiyanın Müqəddəs Mark meydanı, ərazidəki bir çox kafe və mağazalar belə su altında qalıb.
Məlumata görə, ərazidə suyun hündürlüyü bir metri ötüb. Həmçinin Müqəddəs Mark kilsəsini də su basıb.