Səfa Mirzəyev: Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb
04.12.2019 [20:15]
Xəbərin mətni
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun hesab olunmasına dair qərar qəbul edib. Bunun əsasında Konstitusiyanın 981-ci maddəsinə görə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qəbul olunacaq qərar Konstitusiyaya uyğun hesab edilib.