RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verdiyi və bu sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.