SİYASƏT


Fuad Muradov: Bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib

Diasporla İş üzrə Dövlət Komitəsinin "Strateji Yol Xəritəsi" hazırlanıb. Bununla yanaşı, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyası (YAP) icra katibliyində keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-si maliyyələşdirilib.
Komitə sədri əlavə edib ki, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub.