İQTİSADİYYAT


“Azərtütün ASK” MMC ilk dəfə Polşaya quru tütün ixrac edir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərtütün ASK” MMC Avropa İttifaqına üzv ölkələrdən olan Polşaya ilk dəfə quru tütün ixracına başlayıb. Dekabrın 5-də Cəmiyyətin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsindən Polşaya iritonnajlı yük avtomobili ilə ilkin olaraq 17 ton “Virciniya botaniki” növlü quru tütün yarpağı yola salınıb.