İQTİSADİYYAT


Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Magistralın yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metrdir, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.