Bir gündə 650 min ağac əkək: Abşeron sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak edirlər
06.12.2019 [13:10]
Xəbərin mətni
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Abşeron rayonunda da böyük razılıqla qarşılanıb. Azərbaycanda ilk dəfə bir gündə bu qədər sayda ağac əkiləcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Abşeron rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun minlərlə ağac tinginin əkilməsində iştirak edirlər.