İsmayıllı sakinləri genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar
06.12.2019 [15:14]
Xəbərin mətni
Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü rəğbətlə qarşılayan İsmayıllı sakinləri dekabrın 6-da keçirilən əkin kampaniyasına ciddi hazırlıqla gəliblər. İdarə, müəssisə və təşkilatların kollektivləri, gənclər, yaşlı nəslin nümayəndələri səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər.