Azərbaycan Dövlət İnformasiya Agentliyi

650 min ağac əkilməsi təşəbbüsünə sumqayıtlılar da qoşulublar

06.12.2019 [16:36]

Xəbərin mətni

Yaradıcılığı ilə türk ədəbiyyatına böyük təsir göstərmiş Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə üzrə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə sumqayıtlılar da böyük həvəslə və mütəşəkkil şəkildə qoşulublar.
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da on minlərlə şəhər sakini, əmək kollektivlərinin üzvləri Azərbaycanda ilk dəfə həyata keçirilən belə genişmiqyaslı kampaniyada yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI