CƏMİYYƏT


Bu gün polis əməkdaşları 11400 ağac əkib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Nazirliyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər. Dekabrın 6-da Respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11.400 ədəd şam və küknar ağacı əkilib. Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır