DÜNYA


İtaliyada dünyanın ən böyük Yeni il yolkası yandırılıb

 

Bu ölkənin Qubbio şəhərində Yeni il yolkası işıqlarının yandırılması mərasimi keçirilib.

Şəhərin ətrafındakı İncino dağının ətəyində quraşdırılan hündürlüyü 750 metr, eni 450 metr olan Yeni il yolkasında rəngarəng işıqlandırma sistemi mövcuddur. Belə ki, həmin sistemdə 700-dən çox elektrik kabeli ilə birləşdirilən neon lampalarından istifadə olunub.