Hacıqabulda Rusiya şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun təməli qoyulub
09.12.2019 [19:50]
Xəbərin mətni
Dekabrın 9-da Hacıqabul Sənaye Məhəlləsində Rusiyanın “Penopleks SPB” şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov və şirkətin rəhbərliyi iştirak edib.