DÜNYA


“Belna” qasırğası Madaqaskarda doqquz nəfərin həyatına son qoyub

“Belna” qasırğası Madaqaskarda doqquz nəfərin həyatına son qoyub, üç nəfər isə itkin düşüb. Siklon nəticəsində, həmçinin 1,5 min nəfərə yaxın insan evsiz qalıb. Qasırğa ölkənin qərbində yerləşən Soalala şəhərindəki binaların 80 faizinin damını uçurub. Zərər çəkən əhali müvəqqəti olaraq məktəb, məscid və idarələrin binalarına yerləşdirilib. Siklon səbəbindən yollar dağılıb, şəhərdə suyun səviyyəsi artmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır