Azərbaycan hava limanları bu il 5 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2019 [15:55]
İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon sərnişin təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunun 4,39 milyonu beynəlxalq aeroportun payına düşür, bu da ötən ilin göstəricisindən 6 faiz çoxdur.